XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Klassiklərin Bakı şəhər birinciliyinə yekun vuruldu
İdman 12:07 / 05.04.2022
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Alüminiumçu” İdman Evində "Şuşa İli”nə həsr edilmiş yunan-Roma güləşi üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Elmir Şükürov (45 kq), Elvin Nuriyev (48 kq), Səid Xəlilov (51 kq), Əli Seyidəlili (55 kq), Mərd Əlizadə (60 kq), Nihad Bünyadzadə (65 kq), Elnur Hüseynov (71 kq), Əli Mehdiyev (80 kq), Xalid Vəlixanov (92 kq) və Əli Bayramov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

33412 oxunub

InvestAZ