XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə start veriləcək
İdman 10:37 / 05.04.2022
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriliəcək. İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniyanın "Atletiko Madrid” klubu İngiltərədə "Mançester Siti”nin qonağı olacaq. Matçı rumıniyalı hakim İştvan Kovaç idarə edəcək.
Meydan sahiblərinin heyətində Kayl Uoker və Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.
Gecənin digər matçında Portuqaliyanın "Benfika” klubu öz meydanında İngiltərənin "Liverpul” komandasını qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.
Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersissayd təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.

28099 oxunub

InvestAZ