XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirilib
İdman 17:00 / 30.03.2022

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirib. Görüşdə aprelin 2-8-də Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək "Intercontinental Challenger” çempionatına hazırlıqla əlaqədar Boccia İdman Federasiyasının baş katibi, baş məşqçi İlham Məhərrəmov və idmançılar məlumat verib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov görüşün sonunda idmançılara qarşıdan gələn yarışda uğurlar arzulayaraq bildirib ki, məqsəd boccia millimizin Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etməsidir.
Qeyd edək ki, Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək "Intercontinental Challenger” çempionatına millimiz 2 kateqoriyada (BC-2, BC-4) 4 idmançı ilə qatılacaq. Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, idman şöbəsinin müdiri Rauf Mürsəlov, boccia idman növünün kuratoru Kamran Əliyev və Boccia İdman Federasiyasının mətbuat katibi Nərmin Kazımzadə iştirak ediblər.

28316 oxunub

InvestAZ