XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi-2020” Komissiyasının iclası olub
İdman 10:13 / 14.03.2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) "Olimpiya Gündəliyi-2020” Komissiyasının iclası keçirilib.
Komitənin baş katibi, komissiyanın sədri Azər Əliyev iclasda çıxış edərək sonuncu iclasdan sonra təşkil olunan idman tədbirləri və keçirilən görüşlər barədə danışıb.
"İdman hamı üçün” televiziya proqramının 2022-ci il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumatdan sonra komissiya üzvləri "Space TV”nin efirində nümayiş olunan verilişin yeni mövsümünün ilk buraxılışını izləyiblər. Kanalın direktoru Müşfiq Hətəmovun da iştirak etdiyi ümumi müzakirə zamanı yeni təkliflər səsləndirilib.
Daha sonra "Olimpiya Gündəliyi-2020” Komissiyasının yeni televiziya layihəsinin anonsunu izləyən komissiya üzvləri "Qadın idmanda” verilişinin aparıcısı, mövzusu və qonaqları haqda fikir mübadiləsi aparıblar.
"Olimpiya Gündəliyi-2020” komissiyası 2014-cü ildə qəbul olunub və ötən il yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

28391 oxunub

InvestAZ