XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bu gün "Qalatasaray" Avropa Liqası çərçivəsində "Barselona" ilə qarşılaşacaq
İdman 13:30 / 10.03.2022
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin daha 5 ilk oyunu keçiriləcək. Günün ilk qarşılaşması İspaniyada baş tutacaq. "Sevilya” doğma meydanda İngiltərənin "Vest Hem” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Gecənin digər oyunları isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Günün ən maraqla gözlənilən oyunu İspaniyada oynanılacaq. Qardaş ölkənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "Kamp Nou”da "Barselona” ilə qarşılaşacaq. Moskvanın "Spartak” klubu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar turnirdən kənarlaşdırıldığı üçün Almaniyanın "Leypsiq” klubu 1/4 finala birbaşa vəsiqə qazanıb.
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

29258 oxunub

InvestAZ