XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Taekvondoçularımız “Fajr Open” turnirində 4 medal qazandılar
İdman 12:25 / 10.03.2022
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən taekvondo üzrə ənənəvi "Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirinə yekun vurulub.
Yarışın son günündə iki idmançımız dayanq üzərinə çıxıb. Təmsilçilərimizdən Cavad Ağayev (68 kq) və Radik İsaev (87+ kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar.
Beləliklə, taekvondoçularımız beynəlxalq turniri 4 (3 gümüş, 1 bürünc) medalla başa vurublar.
Xatırladaq ki, bundan əvvəl qadın taekvondoçularımızdan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.

29877 oxunub

InvestAZ