XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gəncədə basketbol üzrə açıq birincilik keçirilib
İdman 11:44 / 10.03.2022

Gəncə Olimpiya İdman Kompleksində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə şəhər 1 nömrəli UGİŞM-nin birgə təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2006-2007-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında basktebol üzrə açıq birincilik keçirilib. Birincilkdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb və belə yarışların keçirilməsinin basketbol idman növünün inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.
8 komandanın iştirak etdiyi yarışda Gəncə şəhər 1 nömrəli UGİŞM-nin Tim komandası birinci yerə layiq görülüb. UGİŞM-nin Kəpəz komandası 2-ci, Cəlilabad rayonunun komandası isə 3-cü yerə sahib çıxıb. Sonda qaliblər Baş İdarənin müvafiq diplomları ilə təltif olunublar.
Tədbirin keçirilməsində əsas məqsəd basketbol idman növünün kütləviliyinin artırılması və idmançılarda vətənpərvərlik ruhunun, sağlam həyat tərzinin aşılanması və təbliğidir.


29831 oxunub

InvestAZ