Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşdi
İdman 17:11 / 09.03.2022
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, ikinci dövrənin sonuncu turu martın 10-da "Murov” voleybol klubunun idman zalında təşkil olunacaq. Onuncu turun ilk qarşılaşması saat 15:00-da "Sərhədçi” – "Murov” arasında keçiriləcək.
Dövrənin son matçı isə iki saat sonra başlayacaq. Həmin görüşdə "Neftçi” komandası "Ekspress”lə qarşılaşacaq.
29180 oxunub