Badmintonçuların paytaxt birinciliyi başa çatdı
İdman 16:19 / 09.03.2022
Badminton üzrə Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 2006-2007-ci illər təvəllüdlü uşaq badmintonçular mübarizə aparıblar. Beş kateqoriya üzrə keçirilən turnirdə 40 oğlan və 20 qız idmançı iştirak edib. Turnirin qalibləri diplom və medallarla təltif olunublar.
29023 oxunub