XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa Liqası: diqqətlər Portu və Sevilyaya yönələcək
İdman 14:16 / 09.03.2022
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki görüş keçiriləcək.
Portuqaliya "Portu"su eyniadlı şəhərdəki "Draqau" stadionunda Fransa "Lion"unu, İspaniya "Betis"i isə Sevilyadakı "Benito Vilyamarin" arenasında Almaniya "Ayntraxt"ını qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
Bu oyunların daha erkən tarixə salınması həmin şəhərlərin digər təmsilçiləri "Braqa" və "Sevilya"nın da Avropa Liqasındakı ilk matçı evdə keçirəcəkləri ilə əlaqədardır. Onlar martın 10-da müvafiq olaraq, Fransa "Monako"su və İngiltərə "Vest Hem"i ilə üz-üzə gələcəklər.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.





Avropa Liqası, 1/8 final



İlk oyunlar



9 mart



21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya)

21:45. "Portu" (Portuqaliya) - "Lion" (Fransa)

28529 oxunub

InvestAZ