XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Astarada “İdman həftəsi” çərçivəsində rayon turniri keçirilib
İdman 16:23 / 05.03.2022
Respublikamızda "İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bir-birindən maraqlı müxtəlif idman yarışları keçirilir. Belə yarışdan biri isə bu günlər Astara rayonunda keçirilib. Astara Olimpiya İdman Kompleksində "İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş mini futbol üzrə məktəblilər arasında rayon turniri futbol həvəskarları üçün olduqca maraqlı və yadda qalan olub.
Turnirin qalibi Astara şəhər 3 saylı tam orta məktəbin komandası olub. Suparıbağ kənd tam orta məktəb komandası ikinci yerə çıxıb. Gərgin yarışlarda Astara şəhər 5 saylı tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib komandalara kubok, Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və mükafatları verilib.

30234 oxunub

InvestAZ