XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Belarus - Azərbaycan neytral ərazidə keçiriləcək
İdman 13:33 / 04.03.2022
Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Belarus - Azərbaycan oyunu neytral meydançada keçiriləcək.
Bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus - Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə azarkeş buraxılmayacaq.
Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti növbədənkənar iclaslar keçiriləcək.
Qeyd edək ki, Belarus - Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.

29208 oxunub

InvestAZ