Ukraynalı futbolçu "Zenit"i tərk edib
İdman 10:38 / 03.03.2022
Rusiya "Zenit"inin ukraynalı futbolçusu Yaroslav Rakitski klubdan ayrılıb. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub. Qeyd edək ki, Rakitski 2019-cu ildən "Zenit"də oynayırdı.
29118 oxunub