XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Daha 3 hakimimiz beynəlxalq kateqoriyaya yiyələnib
İdman 14:06 / 02.03.2022
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən qadın idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda iştirak edən 3 təmsilçimiz imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələnib.
FIG qaydalarına əsasən hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.
İndiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər.
Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.
Qeyd edək ki, idman gimnastikası ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf etməyə başlayıb

27285 oxunub

InvestAZ