Badmintonçular Bakı birinciliyində yarışıblar
İdman 10:02 / 02.03.2022
Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2008-2009-cu illər təvəllüdlü uşaq badmintonçular arasında Bakı birinciliyi keçirilib. 5 kateqoriya üzrə keçirilən turnirdə 51 oğlan və 19 qız idmançı iştirak edib.
Oğlanlar arasında şəxsi yarışda birinci yerə Emil Akçurin, qızlar arasında Əminə İsmayılova, oğlanların qoşa yarışlarında Emil Akçurin, Əmirxan İmanov, qızların qoşa yarışında Əminə İsmayılova, Nərmin Hüseynova, qarışıq qoşa yarışda isə Əminə İsmayılova, Emil Akçurin layiq görülüblər.
Sonda turnirin mükafatçılarına diplom və medallar təqdim olunub.
28695 oxunub