XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Məktəblilər güllə atıcılığı yarışında bir araya gəliblər
İdman 12:14 / 25.02.2022
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə "Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilib.
Yarışa qatılan 11 komandanın tərkibi 5 şagirddən (3 oğlan, 2 qız) ibarət olub. Yarış iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar.
Xətai rayonunun komandası (171 saylı tam orta məktəb) yarışın qalibi olub. Nizami rayonu (220 saylı tam orta məktəb) yarışı ikinci, Qaradağ rayonu (233 saylı tam orta məktəb) isə üçüncü pillədə başa vurub.
İlk üçlüyü tutan komandalara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

28722 oxunub

InvestAZ