XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mahir Emrelinin komandası Avropa Liqasında mübarizəni dayandırdı
İdman 11:28 / 25.02.2022
Futbol üzrə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin oyunlarına yekun vurulub. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniyanın "Sevilya" klubu ilə qarşılaşıb. Görüş Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna ehtiyatda başlayan Emreli 62-ci dəqiqədə Bruno Petkoviçin yerinə meydana daxil olub. Qol da məhz 25 yaşlı forvardın meydana çıxmasından sonra vurulub. Matçın 65-ci dəqiqəsində Mislav Orşiç penaltidən fərqlənib. Qələbəyə baxmayaraq, ilk görüşdə 1:3 hesabı ilə uduzan "Dinamo" mübarizəni dayandırıb. "Sevilya" isə 1/8 finala finala yüksəlib.

Gecənin maraqla gözlənilən oyunlarından biri İtaliyada oynanılıb. İspaniyanın "Barselona” klubu səfərdə "Napoli” ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Barselona” klubu iki oyunun nəticəsinə görə 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Gecənin digər maraqla gözlənilən oyununda isə "Reyncers" Şotlandiyada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Nəticədə meydan sahibləri ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində səkkizdəbir finala vəsiqə qazanıb.


Mərhələnin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0 (ilk oyun - 1:3);

"Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3 (1:2);

"Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3 (2:2);

"Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2 (1:2);

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4 (1:1);

"Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2 (4:2);

"Real Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0 (3:2).

29583 oxunub

InvestAZ