XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Premyer Liqa turnirinin nəticələri müzakirə edilib
İdman 15:15 / 24.02.2022
Azərbaycan Milli Karate Federasiyasında (AMKF) Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş Karate1 Premyer Liqa turnirinin yekunlarına həsr olunan iclas keçirilib. İclasda çıxış edən federasiyanın prezidenti Yaşar Bəşirov yarışda qızıl, gümüş və bürünc medallar qazanılmasını mövsümün uğurlu startı adlandırıb. Qeyd edilib ki, nüfuzlu turnirdə 7 idmançı ilə təmsil olunan komandamızın üzvlərindən 5-i medallar uğrunda mübarizə aparıb. Y.Bəşirov Dünya Karate Federasiyasının (WKF) rəsmilərinin beynəlxalq hakimlərimizin işləri barədə xoş sözlər söylədiyini diqqətə çatdırıb.
Milli komandaların baş məşqçiləri Vahid Ayvazov (kata), Qurban Tağıyev (kumite kişilər) və Denis Morozov (kumite qadınlar) idmançıların çıxışları ilə bağlı fikirlərini söyləyiblər. Onlar, həmçinin qarşıdakı yarışlar və təlim-məşq toplantıları barədə müzakirələr aparıblar. Turnirin gümüş mükafatçısı Tural Ağalarzadə idmançılar adından federasiya rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, Karate1 Premyer Liqa seriyasının ilk mərhələsində İrina Zaretska (68 kq) qalib olub. Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) bürünc medal qazanıblar. Daha iki karateçimiz - Roman Heydərov (kata) və Pənah Abdullayev (84 kq) isə bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib. Asiman Qurbanlı (+84 kq) yarışqabağı zədələndiyindən turnirə qatıla bilməyib.



31872 oxunub

InvestAZ