XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Cüdo Federasiyasının loqosu dəyişdirildi
İdman 13:05 / 24.02.2022
Azərbaycan Cüdo Federasiyası təşkilatın inkişaf strategiyasına uyğun olaraq, loqotipin yenilənməsini həyata keçirib. Yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və həmçinin, bu idman növü üzrə mövcud olan son trendlər əsas götürülüb.
Loqonun modern cizgiləri özündə "A” və "J” hərflərini əks etdirir ki, bu da "Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri kimi "tai-otoshi” - iki cüdoçunun çiyin atışı fəndi loqoda vizuallaşdırılıb.
Federasiyanın baş katibi Rəşad Rəsullu bildirib ki, əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplər əsas götürülüb: "Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan, yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə olunub. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyilərə də əməl edilib”.
Bildirilib ki, yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprel ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

28849 oxunub

InvestAZ