XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” səfərdən sərfəli nəticə ilə qayıdır
İdman 10:00 / 24.02.2022
Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir mərhələsinin ilk görüşlərinə yekun vurulub. Son oyun günündə 2 qarşılaşma təşkil olunub. Gecənin maraqla gözlənilən oyunlarından biri İspaniyada baş tutub. Burada "Atlekio” klubu İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gəlib. "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə hesab 7-ci dəqiqədə açılıb. "Atletiko Madrid”in hücmçusu Joao Feliks komandasını hesabda irəli çıxarıb. Oyunda hesab bir də 80-ci dəqiqədə dəyişib. "Qırmızı şeytanlar"ın futbolçusu Antoni Elanqa fərqlənərək hesabı bərabərləşdirib. Beləliklə, "Mançester Yunayted” klubu səfərdən sərfəli nəticə ilə qayıdıb.
Gecənin digər oyunu isə Portuqaliyada oynanılıb. "Benfika" klubu Niderlandın "Ayaks" komandasını qəbul edib. "Eştadiu du Benfika" stadionundakı görüş 2:2 hesabı ilə başa çatıb. Oyunda hesab 18-ci dəqiqədə açılıb. Qonaqların heyətində Duşan Tadiç fərqlənib. 26-cı dəqiqədə isə oyunda hesab bərabərləşib. Sebastyen Allye topu öz qapısına göndərib. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Lakin qonaqlar qələbə hesabını sona qədər qoruya bilməyiblər. Matçın 72-ci dəqiqəsində "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk hesabı bərabərləşdirib. Görüşdə başqa qol olmayıb və matç bu hesabla başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları martın 15-də təşkil olunacaq.


29364 oxunub

InvestAZ