XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz “Airthings Masters"də mübarizəni dayandırdı
İdman 11:32 / 23.02.2022
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters” mərhələsində daha 3 görüş keçirib. 37 yaşlı qrossmeyster XIII turda niderlandlı Aniş Qiri ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz 79-cu gedişdə rəqibini məğlub edib.
Növbəti mərhələdə Karlsenlə qarşılaşan təcrübəli şahmatçı bu dəfə qara fiqurlarla mübarizə aparıb. Görüş 38-ci gedişdə dünya çempionunun xeyrinə başa çatıb.
Ş.Məmmədyarovun XV turdakı rəqibi isə özbəkistanlı Nodirbek Abdusattarov olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi 58-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, ilkin mərhələni 17 xalla 14-cü pillədə başa vuran Şəhriyar Məmmədyarov "8-liy”ə düşə bilmədiyi üçün turnirlə vidalaşıb.

31037 oxunub

InvestAZ