XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Böyük dəbilqə” turnirində uğurlu nəticə
İdman 12:44 / 21.02.2022
İsrailin Təl-Əviv şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. 34 ölkədən 298 (165 kişi, 133 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında 9 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışda uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüblər. Qızıl medalları komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) yazdırıblar. Gümüş medala Yaşar Nəcəfov (66 kq), bürünc mükafata isə Zelim Kotsoyev (100 kq) sahib çıxıb.
Bununla da Azərbaycan komandası 34 ölkə arasında ümumi hesabda ikinci yeri tutub. Birinci yerdə 4 qızıl, 4 bürünc medalla Fransa, üçüncü pillədə isə 2 qızıl, 1 gümüş medalla Gürcüstan komandaları qərarlaşıb.
Komandamız kişilərin mübarizəsində birinci yerə sahib olub. İkinci yeri 2 qızıl medalla Gürcüstan, üçüncü yeri isə 1 qızıl, 2 bürünc medalla İsrail komandaları tutub.

33940 oxunub

InvestAZ