XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fərid Qayıbov Fransada “Qarabağ” klubunun oyundan əvvəlki məşqini izləyib
İdman 17:54 / 17.02.2022
Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Marsel” ilə qarşılaşacaq "Qarabağ” klubu ilə bağlı paylaşım edib. Nazir feysbuk səhifəsindəki hesabında matçın keçiriləcəyi "Velodrom” stadionunun videosunu paylaşaraq, "Oyun günü: komandamıza uğurlar!” sözlərini yazıb.
Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün "köhlən atlar”ın baş meneceri Asif Əsgərov ilə birlikdə komandanın məşqini izləyib. Matçın önəmini nəzərə alan nazir "Qarabağ” klubu futbolçularının yanında olmağı və qarşılaşmanı stadiondan izləməyi vacib sayıb.
Qeyd edək ki "Marsel” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.


35701 oxunub

InvestAZ