XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Konfrans Liqası: “Qarabağ” bu gün “Marsel”lə qarşılaşacaq
İdman 13:01 / 17.02.2022
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Gün ərzində 8 oyun təşkil olunacaq. Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayan "Qarabağ" bu mərhələdə Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Velodrom" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçiriləcək. Burada "Fənərbağça" klubu Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.



UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyunlar

17 fevral

21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)

21:45. "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)

21:45. "Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan)

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland)

00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)

00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka)

00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)

00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)

31198 oxunub

InvestAZ