XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə” turnirdə mübarizəyə başlayırlar
İdman 11:07 / 17.02.2022
Bu gün Təl-Əvivdə cüdo üzrə "Böyük dəbilqə” turnirinə start verilib. Dünyanın 34 ölkəsindən 300-ə yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edirlər. Komandamız yarışda, ümumilikdə 11 cüdoçu ilə təmsil olunur. Bu gün - turnirin birinci günündə 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Belə ki, Kəramət Hüseynov startda braziliyalı Ryan Konseysao, Balabəy Ağayev (hər ikisi 60 kq) isə Matan Kokolayev (İsrail) - Julio Delqado (Kuba) cütünün qalibi ilə qarşılaşacaqlar. Komandamızın digər üzvü Yaşar Nəcəfov (66 kq) ilk görüşünü ukraynalı Yevhen Honçarkoya qarşı keçirəcək.
36929 oxunub

InvestAZ