XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: “Bavariya” səfərdə “Zaltsburq”la bacarmadı
İdman 09:12 / 17.02.2022
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.
Günün maraqla gözlənilən oyunu İtaliyada təşkil olunub. "İnter” "San Siro"da İngiltərənin "Liverpul" klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 0:2. Qolları 75-ci dəqiqədə Roberto Firmino, 83-cü dəqiqədə isə Məhəmməd Salah vurub.
Avstriyanın "Zaltsburq” klubu isə doğma meydanda Almaniyanın "Bavariya" komandasını qəbul edib. Meydan sahibləri görüşdə qələbəni son anda əldən veriblər. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də oynanılacaq.

29275 oxunub

InvestAZ