XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Messinin antirekordu
İdman 12:24 / 16.02.2022
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasında penalti antirekordunu təkrarlayıb.
35 yaşlı hücumçu 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Real Madrid" komandasına qarşı görüşün 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Turnirdə 23 dəfə penalti yerinə yetirən təcrübəli forvard 5-ci dəfə uğursuzluqla üzləşib. Beləliklə, Messsi İngiltərənin "Arsenal" və İspaniyanın "Barselona" komandasının sabiq oyunçusu Tyerri Anriyə çatıb.
Karyerasını başa vurmuş oyunçulardan Serxio Aquero və Rud van Nistelroy Çempionlar Liqasında 4 dəfə penaltini boşa verib.
Qeyd edək ki, PSJ "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Madriddə olacaq.

32963 oxunub

InvestAZ