“Real” "Park-de-Prens"dən Madridə məğlub qayıdır - FOTO
İdman 11:56 / 16.02.2022
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqlı matçı Fransada PSJ və İspaniya "Real Madrid"i arasında baş tutub. "Park-de-Prens" stadionunda oynanılan görüşün taleyini 1 qol həll edib.
Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb. 62-ci dəqiqədə Paris klubunun argentinalı hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.
30042 oxunub