XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Fərid Qayıbov Çinin idman nazirinin müavini ilə görüşüb
İdman 15:09 / 15.02.2022
Gənclər və idman naziri Fərid Qayıbov Pekinə səfəri zamanı Çinin idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb.

Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub.

Müzakirələrdə Pekin-2022-də Olimpiya komandasının şef de-missionu Anar Bağırov da iştirak edib.

F.Qayıbov üç günlük səfəri müddətində müxtəlif idman növləri üzrə yarışları da izləyib, Oyunlarda Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb. Nazir bu gün Y.Ryabovanın qısa proqramdakı çıxışını izlədikdən sonra Vətənə qayıdacaq.

29296 oxunub

InvestAZ