XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə start veriləcək
İdman 11:42 / 15.02.2022
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə 2 qarşılaşma təşkil olunacaq ki, bu oyunların da hər ikisi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Günü ən maraqlı oyunu Fransa paytaxtında təşkil olunacaq. Burada PSJ və İspaniyanın "Real Madrid" klubları üz-üzə gələcək. "Park-de-Prens” stadionunda oynanılacaq görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olacaq. Görüşün baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.

30569 oxunub

InvestAZ