XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
İdman 11:02 / 14.02.2022
Bakı İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub. İlk yarış günündə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fəraim Mustafayev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Urfan Həsənli (72 kq), Xasay Həsənli (77 kq) və Rauf Əliyev (82 kq) ölkə çempionu adını qazanıblar.
Çempionatının ikinci günündə klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yunan-Roma güləşçiləri arasında Laçın Vəliyev (87 kq), Hüseyn Hüseynov (97 kq) və Həybulla Qıstarov (130 kq) qızıl medal qazanıblar. Sərbəst güləşçilərin mübarizəsində isə Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq) və Məhəmməd-Bəşir Xaniyev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışın sonuncu günündə sərbəst güləş üzrə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Namus Orucov (74 kq), Soslan Tigiyev (79 kq), Ruslan Çertkoyev (86 kq), Yusif Dursunov (92 kq), Məhəmmədrəsul Mutayev (97 kq) və Azay İsmayılov (125 kq) birinci yeri tutublar.
Ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyıb.

29669 oxunub

InvestAZ