XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mərkəzi oyunda “Qarabağ” qələbə qazandı
İdman 10:13 / 08.02.2022
Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində "Neftçi” və "Qarabağ” komandaları üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında "Bakcell Arena”da təşkil olunub. Görüş "Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb, Oyunda hesab matçın 25-ci dəqiqəsində açılıb. Kadi Borges dəqiq zərbə ilə "Qarabağ”ı hesabda irəli çıxarıb.

Fasilədən sonra da hücumlarını davam etdirən "köhlən atlar” matçın 62-ci dəqiqəsində fərqi artırıb. K.Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran "Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. "Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Oyunda başqa qol olmayıb və görüş bu hesabla başa çatıb.

Beləliklə, bu qələbədən sonra xallarını 35-ə çatdıran "Qarabağ” liderliyini möhkəmləndirib. "Neftçi” isə 22 xalla 4-cü sırada qərarlaşıb.
29984 oxunub

InvestAZ