XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Böyük Dəbilqə: Bu gün daha 3 cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 10:33 / 06.02.2022

Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə xalça üzərinə çıxacaq. İdmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq. 90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. 100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi Kokauri xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) medalsız qalıblar.


31599 oxunub

InvestAZ