XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa Boks Konfederasiyası yeni mövsümdə keçiriləcək yarışlarının təqvimini açıqlayıb
İdman 14:56 / 05.02.2022

Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb. Bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək. Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər arasında təşkil ediləcək. Belə ki, martın 11-24-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında U-22 Avropa çempionatı keçiriləcək. Bir ay sonra gənclərin Avropa çempionatı (10-22 aprel) Bolqarıstanın Sofiya şəhərində baş tutacaq. Qadınlar arasında dünya çempionatına mayın 6-21-də İstanbul ev sahibliyi edəcək. Həmin ay kişilər arasında qitə çempionatı (21-31 may) Ermənistanda baş tutacaq. Qadınlar arasında analoji yarış isə iyulun 21-31-də Ulan-Udedə (Rusiya) keçiriləcək.

Türkiyədə (Ərzurum) daha bir qitə yarışı - məktəbli oğlan və qızlar arasında təşkil ediləcək (10-31 avqust). Nəhayət, ilin son yarışı yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində baş tutacaq.


32776 oxunub

InvestAZ