XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bu gün XIV Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq
İdman 09:38 / 04.02.2022
Bu gün Çinin paytaxtı Pekində XIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Tədbir Pekin Milli Stadionunda təşkil olunacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.
Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq.
Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Yekaterina Ryabova isə fevralın 15-i və 17-də mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

31782 oxunub

InvestAZ