Qətər-2022: Asiyadan daha bir komanda vəsiqə əldə etdi
İdman 13:42 / 02.02.2022
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha bir iştirakçısı bəlli olub. Cənubi Koreya millisi mundialın final mərhələsində oynamaq hüququ qazanıb.
Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun VIII turunda səfərdə Suriyanı 2:0 hesabı ilə məğlub edən Paulu Bentunun başçılıq etdiyi kollektiv xallarını 20-yə çatdıraraq, sona 2 tur qalmış ən azı ikinci pilləni təmin edib.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Cənubi Koreya seçməsi ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina və İran da final mərhələsinə vəsiqə əldə edib.
29347 oxunub