Portuqaliya Qran-Prisi bir gümüş medalla yadda qaldı
İdman 16:07 / 31.01.2022
Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri turniri keçirilib. 41 ölkədən 301 idmançının qüvvəsini sınadığı yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Komandamız turniri bir gümüş medalla başa vurub. Yeganə medalı yığmamıza 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev qazandırıb. Finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.
27777 oxunub