“Çelsi”nin keçmiş futbolçusu “Everton”un baş məşqçisi oldu
İdman 15:23 / 01.02.2022
İngiltərənin "Everton” klubunun baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Frenk Lempard təyin olunub. İngiltərəli mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Onun son iş yeri ötən ilin yanvarında ayrıldığı "Çelsi” olub.
Qeyd edək ki, Lempard uğursuz nəticələrə görə vəzifəsindən ayrılan Rafael Benitesi əvəzləyib. Hazırda Liverpul təmsilçisi turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.
28358 oxunub