XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan birinciliyində daha 6 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəldi
İdman 10:30 / 16.01.2022
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarından 570-ə yaxın idmançının mübarizə apardığı birincilikdə qızlar və oğlanlar arasında daha altı çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.
Qızların mübarizəsində Məryəm Bayramzadə (40 kq), Fidan Qasımova (52 kq) və Pərvanə Abdullayeva (70 kq) birinci yeri tutublar. Oğlanların yarışında isə Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Tamerlan Cabbarov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.

34172 oxunub

InvestAZ