XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qılıncoynadanımız Türkiyədə bürünc medala sahib çıxdı
İdman 18:54 / 15.01.2022
Yeniyetmə sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə qüvvələrini sınayıblar. Abbas Hüseynov 14 yaşadək oğlan sablyaçılar arasında turnirin bürünc medalına sahib olub. Qrup mərhələsini 5 qələbə ilə başa vuran A.Hüseynov ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Təmsilçimiz yarımfinal yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ayaz Yiğitə 8:15 hesabı ilə uduzub.
On iki yaşadək qız sablyaçıların yarışında qüvvəsini sınayan Fatimə Kərimova isə qrup mərhələsini uğurla adlayaraq (2 qələbə) pley-offa yüksəlib. Burada ilk görüşünü qalib başa vuraraq ən güclü 32-liyə yüksələn F.Kərimova növbəti mərhələ uğrunda görüşdə yerli idmançı Hazal Sakaryaya uduzub.


47735 oxunub

InvestAZ