Çexiyada
şahmat üzrə "Praqa Open-2022” turniri davam edir. Yarışda ölkəmizi
təmsil edən Azər Mirzəyev növbəti oyununu keçirib. Təmsilçimiz 5-ci
turun oyununda isveçli Ludviq Karlsonla qarşılaşıb. Ağ fiqurlarla
oynayan şahmatçımız bu görüşdən də qalib ayrılaraq ardıcıl beşinci
qələbəsini qazanıb. Zəka sahibimiz hazırda 5 xalla niderlandlı Artur
Piperslə birlikdə birinci, ikinci yerləri bölüşdürür.
Qeyd
edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda
5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.