XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Astara” Futbol Klubunun üzvləri mükafatlandırıldı
İdman 13:10 / 10.01.2022
Astara rayonunda son illər idmanın inkişafı üçün mühüm işlər görülür. Nəticədə rayonun idmançıları rayonda, respublikada keçirilən müxtəlif yarışlarda həmişə sevindirici nəticələr əldə edirlər. Rayondakı "Astara” Futbol Klubunun da qazandığı qələbələr kifayət qədərdir. Klub AFFA-nın təşkilatçılığı ilə futbol üzrə kişilər arasında keçirilən "Region Liga” çempionatında uğurla çıxış edir. Məhz bu səbəbdə Astara Rayon Gənclər və İdman İdarəsində "Astara” Futbol Klubunun üzvlərinə mükafatlar təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R.Şirinov "Astara” Futbol Klubunun üzvlərini və onun məşqçilərini çempionatda qazanılmış uğurlara görə təbrik edib.
"Astara” Futbol Klubunun baş məşqçisi Qəhrəman Mirzəyev, məşqçilər Cəsarət Əliyev, Etibar Axundov isə çıxışlarında ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, eləcə də idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Oktyabrın 30-dan futbolçuları yaşıl meydançaya dəvət edən "Region Liga” çempionatın artıq 6 turu geridə qalıb. 6 oyunun 4-də qələbə qazanan "Astara” Futbol Klubu bir oyunu heç-heçə, birini isə məğlubiyyətlə başa vurub. Çempionatda növbəti oyunlar bu ilin fevral ayından start götürəcək.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


33863 oxunub

InvestAZ