XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Futbolçu oyun zamanı infarkt keçirdi 
İdman 16:05 / 09.01.2022
Mali yığmasının və Qətərin "Əl-Vakra" klubunun müdafiəçisi Usman Kulibali ölkə çempionatı çərçivəsində oyun zamanı ürək tutması keçirərək huşunu itirib. Hadisə "Əl-Rayan"la oyun zamanı baş verib. Oyunun ilk hissəsinin sonlarında yerə yıxılan malili mərkəz müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib.
İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən 33 yaşlı futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Qeyd edək ki, bu hadisəyə görə, "Əl-Rayan" və "Əl-Vakra" komandalarının oyunu yarımçıq dayandırılıb. Qarşılaşmanın dayandırılması zamanı hesab 1:0 "Əl-Rayan”ın xeyrinə olub.

36675 oxunub

InvestAZ