XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Rafael Nadal Cokovici günahlandırdı
İdman 12:21 / 07.01.2022
Dünyanın ən güclü tennisçilərindən sayılan serbiyalı Novak Cokoviç sərhəd xidmətinin əməkdaşları tərəfindən Avstraliyaya buraxılmayıb. İspaniyalı məşhur tennisçi Rafael Nadal bunun üçün serbiyalı raket ustasını günahkar hesab edib. Məşhur tennisçi N.Cokoviç üçün məyus olduğunu bildirib.
"Məncə istəsəydi Novak Cokoviç "Açıq Avstraliya” çempionatında maneəsiz şəkildə oynaya bilərdi. Hər kəs qərarını özü verir, amma bunun da bir tərəfləri var. Əlbəttə, baş verən bu hadisələr məni çox məyus etdi. Amma Novak Cokoviç hələ bir neçə ay öncə yarışda iştirak etmək şərtlərini bilirdi, - deyə R.Nadal qeyd edib.
COVİD-19 əleyhinə peyvənd olunmayan raket ustası Avstraliya qanunlarına əsasən geri qayıtmaq məcburiyyətində qalıb. Bu səbəbdən Xarici mətbuatda "Açıq Avstraliya” çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşən N.Cokoviçə turnirin təşkilatçıları tərəfindən özəl icazənin verilməsi barədə fikirlər dolaşır.
Qeyd edək ki, "Açıq Avstraliya” çempionatı yanvarın 17-dən 30-dək keçiriləcək.


28550 oxunub

InvestAZ