XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pekin-2022 təxirə salınacaq?
İdman 18:03 / 06.01.2022
İsveçrə Milli Olimpiya Komitəsi (IMOK) Beynəlxalq Olimpiya Komitəsini (IOC) Pekin-2022 Qış Olimpiya Oyunlarını təxirə salmağa çağırıb. Təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb. O, hər gün idmançıların koronavirus infeksiyasına yoluxmasının dərin narahatlıq doğurduğunu qeyd edərək Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğu barədə yeni xəbərlər eşidirik. Bizim Qış Olimpiya Oyunlarının açılış mərasiminədək az vaxtımız var. Belə olan halda yarışın təxirə salınması barədə düşünə bilərik. Əgər Olimpiadaya güclü idmançılar getməyəcəksə, bu zaman vəziyyət daha pis olacaq. Bu, tələb deyil. Biz bu variantın müzakirə olunmasını istəyirik. Qış idman növlərinin inkişaf etdiyi Avropa ölkələrində vəziyyət daha çətindir. Bütün bunlar nəzərə alınmalıdır”, - deyə Ralf Ştokli bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas BaxPekin-2022-nin təxirə salınmayacağını bildirib. "İdmançıların arzularının puç olmaması üçün hər şeyietməyə çalışacağıq. Bunun üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, - deyə Tomas Bax qeyd edib.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının fevralın 4-20-də keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.


33644 oxunub

InvestAZ