XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Superkubok “Beşiktaş”ın oldu
İdman 00:58 / 06.01.2022
Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Qətərdə təşkil olunan oyunda "Beşiktaş” və "Antalyaspor” komandaları üz-üzə gəliblər. Oyunda hesabı 33-cü dəqiqədə "qara qartallar” açıblar. Atiba Hutçinson fərqlənib. Lakin 38 yaşlı kanadalı futbolçu ikinci hissənin 77-ci dəqiqəsində avtoqol müəllifi olaraq antiqəhrəmana çevrilib. Beləliklə, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada penaltiləri daha dəqiq yerinə yetirən (4:2) "Beşiktaş” klubu Superkubokun qalibi adını qazanıb.
Beləliklə, İstanbul təmsilçisi tarixində 9-cu dəfə Türkiyə Superkubokunda çempion tituluna sahib çıxdı.


28974 oxunub

InvestAZ