XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Lukaku üzr istədi
İdman 19:21 / 05.01.2022

Londonun "Çelsi" klubunun hücumçusu Romelu Lukaku qalmaqallı açıqlamasına görə üzr istəyib. Belçikalı hücumçu etdiyi açıqlamaya görə peşman olduğunu, bundan sonra yenidən azarkeşlərin güvənini qazanamağa çalışacağını qeyd edib.

"Azarkeşlərimizdən səbəb olduğum məyusluğa görə üzr istəyirəm. Siz mənim yeniyetmə yaşlarımdan bu kluba olan bağlılığımı bilirsiniz. Mən sizlərin məyus olduğunuzu tamamilə dərk edirəm. Artıq sizin güvəninizi bərpa etmək mənim əlimdədir və mən hər gün həm məşq meydançasında, həm də oyunlarda sədaqətimi göstərmək üçün əlimdən gələni edəcəyəm.

Müsahibəm "İnter” azarkeşlərinə vida etmək üçün idi, "Çelsi” azarkeşlərinə, kluba, klub sahibinə, komanda yoldaşlarıma və baş məşqçiyə hörmətsizlik etmək məqsədim yox idi. Kluba sədaqətim sual altında olmamalıdır. Hər zaman buraya qayıtmaq və burada uğurlu olmaq istədiyimi demişəm. Buna görə də "Çelsi” klubu ilə 5 mövsümlük rəsmi müqavilə imzalamışam.

"Real Madrid”, "Barselona” və "Bayer Münhen” klubları barədə açıqlamam barədə onu deyim ki, uşaqların həmin klublarda oynamaq marağının yüksək olmasını bildirmişəm, mənim arzum isə "Çelsi” klubu olub. Hər kəs bilir ki, 10, 11 yaşlarımdan demişəm ki, hər zaman "Çelsi” klubunda oynamağı arzulayıram. Məktəbdən "Stamford Bridc” stadionuna gəldiyim anların fotoları var və mən o zaman belə "Çelsi” klubunda oynamaq istədiyimi demişdim.

Bu kluba 18 yaşımda gəlmişdim və işlər yolunda getməmişdi, bu dəfə isə 28 yaşımda geri qayıtdım. Düşünürəm ki, karyeramın əsas illərində çox çalışdım və 10 il sonra yaranan bu fürsəti qaçıra bilməzdim. Həqiqətən çox xoşbəxtəm”, - deyə Romelu Lukaku bildirib.


34191 oxunub

InvestAZ