XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Akademiyada yubiley tədbiri keçirilib
İdman 11:53 / 30.12.2021
Dekabrın 29-da Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elşad Nərimanovun 80 illik yubileyi və idman fəaliyyətinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıblar.
Sonda E.Nərimanov 70 illik idman fəaliyyətinə verilən yüksək dəyərə görə hər kəsə təşəkkürünü bildirib.


31684 oxunub

InvestAZ