XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gənclər və idman naziri Konfederasiya rəsmiləri ilə görüşüb
İdman 11:04 / 28.12.2021
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası (DEK) nümayəndələri ilə görüşüb.
Nümayəndə heyəti üzvlərini - təşkilatın baş katibi Halim Aksu, korporativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi 5-ci Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Halim Aksu Azərbaycanın Dünya Etnosport Forumunu da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış forum gələn il keçiriləcək.

29723 oxunub

InvestAZ