XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycanda antidopinq qayda pozuntularının sayında azalma müşahidə olunur
İdman 12:05 / 23.12.2021
Son 5 ildə 6 260 dopinq-test həyata keçirilib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli (AMADA) 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
AMADA rəsmisi testlərdən 5 400-nün milli test proqramı, 860-nın beynəlxalq sifarişlər əsasında gerçəkləşdiyini söyləyib. Ş. Hüseynli bildirib ki, AMADA-nın fəaliyyəti müddətində 76 antidopinq qayda pozuntusu üzrə qərar qəbul edilib və müvafiq sanksiya tətbiq olunub. Bununla yanaşı, 9 idmançının işi üzrə xitam, yəni bəraət qərarı verilib. Onun sözlərinə görə, statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir: "AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Test proqramının icra edilməyə başlandığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularının götürülən testlərə nisbəti 4.5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.
Ş.Hüseynli vurğulayıb ki, beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında da nəzərəçarpacaq azalma müşahidə olunur. AMADA-dan əvvəl 2013 - 2016 ci illər ərzində beynəlxalq səviyyədə 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa, son 5 ildə bu rəqəm 21-ə bərabər olub. Son üç ildə isə ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb. Bu da onu göstərir ki, antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır.


28912 oxunub

InvestAZ